Bu futbolçunun istədiyi qonorar hamını şoka saldı:   Həftəyə 400 min avro!

saytların hazırlanması

Evə çatdırılma

Bu futbolçunun istədiyi qonorar hamını şoka saldı: Həftəyə 400 min avro!

İdman

16 Mart 2021 12:45 1091


"Mançester Yunayted" yay transfer pəncərəsi zamanı hücum xəttini gücləndirmək üçün əsas prioritet seçib.

Yenisabah.az xəbər verir ki, İngiltərə təmsilçisinin ilk hədəfi "Borussiya"nın (Dortmund) və Norveç millisinin hücumçusu Erlinq Haallandı almaqdır. "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer və idman direktoru Con Merto 20 yaşlı oyunçunu "İnter"ə keçən Romelu Lukakunun uzunmüddətli əvəzləyicisi hesab edir.

Nəşr yazıb ki, ancaq futbolçunun yüksək transfer qiyməti bu keçidə problem ola bilər. Haalandın Mançester təmsilçisindən həftədə təxminən 400 min avro almaq istədiyi bildirilir. Dominos pizza

Qeyd edək ki, Haaland  2020-ci ilin yanvarından "Borussiya"da oynayır. O, bu müddət ərzində Dortmund təmsilçisində 48 oyunda 47 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!