2020-ci ilin ilk Ay tutulması başlayıb.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Yeni Sabah"a daxil olan məlumata görə, birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verir.
Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi yanvarın 10-da saat 21:08-də başlayır və yanvarın 11-i saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Dominos pizza
Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq.
Qeyd edək ki, tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
Telegram kanalımız