"Bavariya" səfərdə "Çelsi"ni darmadağın etdi, "Barselona"dan heç-heçə - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

"Bavariya" səfərdə "Çelsi"ni darmadağın etdi, "Barselona"dan heç-heçə - Yenilənib

İdman

26 Fevral 2020 01:56 1013


Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. "Yeni Sabah" xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub. Avroliqanın ötən ilki qalibi "Çelsi" (İngiltərə) doğma meydanında "Bavariya"nı (Almaniya) qəbul edib. Qonaqlar meydan sahiblərini ikinci hissədə vurduqları 3 qolla darmadağın edib. Keçən il turnirin yarımfinalçısı olmuş "Barselona" (İspaniya) isə "Napoli"nin (İtaliya) qonağı olub. Birinci hissəni məğlub tərəf kimi bitirən qonaq komanda fasilədən sonra bərabərlik qolunu vurmağı bacarıb. 25 fevral 00:00. "Çelsi" - "Bavariya" - 0:3 Qollar: S.Qnabri, 51, 54, R.Levandovski, 76 00:00. "Napoli" - "Barselona" - 1:1 Qollar: D.Mertens, 30 - A.Qrizman, 57
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!