Bu gecə Xankəndində atışma oldu: bir eməni öldürüldü...

saytların hazırlanması

Evə çatdırılma

Bu gecə Xankəndində atışma oldu: bir eməni öldürüldü...

Rəsmi

17 Aprel 2022 13:37 1682


Xankəndində silahlı erməni qanunsuz "yol polisi"nin M.Maştots küçəsində yerləşən "operativ idarəetmə mərkəzi"nin 2-ci mərtəbəsinə daxil olaraq növbətçi "zabit"ə tapançadan atəş açıb, ölən var. 

Moderator.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
 
Hadisə aprelin 16-da saat 22:25 radələrində  baş verib. Xocalı rayonunun Çartar sakini, 1969-cu il təvəllüdlü Serqo Şakaryan  "polis"lərə "AK-74" avtomat silahından atəş açıb.
 
Növbətçi "polis"in "baş inspektoru" Z.E. döş qəfəsindən aldığı güllə yaralarından yerindəcə keçinib.
 
Daha sonra S.Şakaryan eyni məqsədlə növbətçi kiçik inspektor A.X-ni təqib etsə də, o, canını qurtara bilib.
 
Bundan az sonra S.Şəkəryan köməyə gələn digər "polis"lər tərəfindən yaxalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!