Bu gün 8 güləşçimiz Avropa çempionatında mübarizə aparacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 8 güləşçimiz Avropa çempionatında mübarizə aparacaq 

İdman

24 May 2024 10:01 849


Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatı davam edir. 

Yenisabah.az xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycanın 8 güləşçisi mübarizə aparacaq. 

Sərbəst güləşçilərdən Elman Ağayev (57 kq), Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq), Əli Tsokayev (79 kq) və Rəvan Musayev (97 kq) mübarizəyə ilkin mərhələdən start verəcək. Görüşlər saat 10:30-da başlayacaq. Dördpendirli pizza

Qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) bu gün final görüşünə çıxacaq. Mərziyyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Bu qarşılaşmalar saat 18:00-da başlayacaq.

Qeyd edək ki, buna qədər Azərbaycan millisinin üzvləri 9 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97) və Ruzanna Məmmədova (59 kq) bürünc medala yiyələnib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!