Bu gün Almaniya Bundesliqasında 6 matç keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Almaniya Bundesliqasında 6 matç keçiriləcək

İdman

16 May 2020 09:55 952


2 aylıq fasilədən sonra Almaniya birinci və ikinci bundesliqası bu gün davam etdiriləcək.

Yenisabah.az xəbər verir ki, birinci bundesliqada oyunlar 26-cı turdan bərpa olunur. Bu gün 6, sabah 2, mayın 18-də isə 1 oyun keçiriləcək. Oyunlar azarkeşlərin iştirakı olmadan baş tutacaq. 

Qeyd edək ki, Avropanın aparıcı futbol ölkələrindən çempionatı ilk bərpa edən Almaniyadır. Marqarita pizza

Bu gün, sabah və mayın 18-də keçiriləcək matçların qrafikini təqdim edirik:

16 may

17.30. “Leyptsiq” – “Frayburq”

17.30. “Auqsburq” – “Volfsburq”

17.30. “Hoffenhaym” – “Herta”

17.30. “Fortuna” – “Paderborn”

17.30. “Borussiya” (D) – “Şalke”

20.30. “Ayntraxt” – “Borussiya” (M)

17 may

17.30. “Köln” – “Mainz”

20.00. “Union Berlin” – “Bavariya”

18 may

22.30. “Verder” – “Bayer”

Xatırladaq ki, 25 turdan sonra “Bavariya” 55 xalla birinci, “Borussiya” Dortmund 51 xalla ikinci, “Leyptsiq” 50 xalla üçüncü yeri tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!