Bu gün AMEA-nın Ümumi yığıncağı keçiriləcək.
"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, iclasda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edəcəklər.
Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq. pizza
Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.
Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.
Qeyd edək ki, indiyədək AMEA-da ancaq vitse-prezident vəzifəsi vardı.
Bu il oktyabrın 23-də AMEA-nın rəhbəri dəyişib. Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib. Mehdiyev bu vəzifəyə seçiləndən sonra AMEA-da bir sıra islahatlar həyata keçirilib.
Telegram kanalımız