Bu gün Artur Rasi-zadənin 85 yaşı tamam olur

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Artur Rasi-zadənin 85 yaşı tamam olur

Siyasət

26 Fevral 2020 11:11 675


Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadə yubiley yaşına çatıb. Yenisabah.az xəbər verir ki, keçmiş hökumət başçısının bu gün 85 yaşı tamam olur. Artur Rasi-zadə 1935-ci ildə Gəncə şəhərində anadan olub. Uzun illər müxtəlif dövlət və hökumət vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust-noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 11 aprel 2018-ci ilə kimi Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Qeyd edək ki, Prezident İlham Əliyevin iki gün əvvəl imzaladığı sərəncamla Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!