Bu gün AŞ PA-nın qış sessiyası başlayır

saytların hazırlanması

Evə çatdırılma

Bu gün AŞ PA-nın qış sessiyası başlayır

Dünya

25 Yanvar 2021 10:52 676


Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. 

Yenisabah.az xəbər verir ki, sessiya yanvarın 28-dək davam edəcək. 

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və   digər mövzularda fikir mübadiləsi aparılacaq. (APA) pizza

Qeyd edək ki, bu il AŞPA-nın qış sessiyası hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək. Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!