Bu gün Avro-2020 başlayır - İlk oyun Romada olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Avro-2020 başlayır - İlk oyun Romada olacaq

Şou

11 İyun 2021 10:15 782


Bu gün Avro-2020-yə start veriləcək.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşacaq. Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər - Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. pizza mizza

Qeyd edək ki, Avropa çempionatının son qalibi Portuqaliya millisidir.

11 iyun

23:00. İtaliya - Türkiyə

Roma, "Olimpiko" stadionu

Baş hakim: Denni Makkelin (Niderland)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!