Bu gün Avropa Liqasında cavab oyunları keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Avropa Liqasında cavab oyunları keçiriləcək

İdman

27 Fevral 2020 10:40 642


Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları bu gün baş tutacaq. "Yeni Sabah" xəbər verir ki, fevralın 27-də 15 matç oynanılacaq. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" (İngiltərə) "Espanyol"un (İspaniya) qonağı olacaq. Türkiyəni Avrokuboklarda təmsil edən yeganə təmsilçisi "Başakşəhər" isə doğma meydanında "Sportinq"i (Portuqaliya) qəbul edəcək. İstanbul klubu səfərdə 1:3 hesabı ilə uduzmuşdu. Xatırladaq ki, "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) qarşılaşması dünən keçirilib və Şotlandiya təmsilçisi 0:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında keçirilən ilk görüş 3:2 hesabı ilə bitmişdi. Yekun nəticəyə əsasən, "Reyncers" növbəti mərhələyə adlayıb. Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunları: 21:55. "Portu" (Portuqaliya) - "Bayer" (Almaniya) ilk oyun – 1:2 21:55. "Espanyol" (İspaniya) - "Vulverhempton" (İngiltərə) ilk oyun – 0:4 21:55. "Bazel" (İsveçrə) - APOEL (Kipr) ilk oyun – 3:0 21:55. "Gent" (Belçika) - "Roma" (İtaliya) ilk oyun – 0:1 21:55. "Başakşehir" (Türkiyə) - "Sportinq" (Portuqaliya) ilk oyun – 1:3 21:55. LASK (Avstriya) - AZ (Alkmaar, Hollandiya) ilk oyun – 1:1 21:55. "Malmö" (İsveç) - "Volfsburq" (Almaniya) ilk oyun – 1:2 21:55. "Ayaks" (Hollandiya) - "Xetafe" (İspaniya) ilk oyun – 0:2 00:00. "Arsenal" (London, İngiltərə) - "Olimpiakos" (Yunanıstan) ilk oyun – 1:0 00:00. "Benfika" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) ilk oyun – 1:2 00:00. "Seltik" (Şotlandiya) - "Kopenhagen" (Danimarka) ilk oyun – 1:1 00:00. "İnter" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan) ilk oyun – 2:0 00:00. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) ilk oyun – 1:1 00:00. "Sevilya" (İspaniya) - ÇFR (Rumıniya) ilk oyun – 1:1
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!