86 il sonra ibadətə açılan Aya Sofyada bu gün ilk dəfə namaz qılınacaq.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk namazın Türkiyə saatı ilə 13:16-da qılınacağı açıqlanıb.
Məlumata görə, namaza gələnlərin pandemiya dövrünün qaydalarına əməl etmələrinə xüsusi diqqət yetiriləcək. Belə ki, hamının hərarəti ölçüləcək və maska taxmaq zərurəti xatırladılacaq. Əraziyə 736 tibbi personal, 1 təcili yardım helikopteri və 101 təcili yardım maşını cəlb olunub. Toyuqlu pizza
Namaz qılmaq üçün Aya Sofyaya üz tutanlara su, maska və səccadə paylanılacaq.
Xatırladaq ki, iyulun 10-da Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.
Telegram kanalımız