Azərbaycan derbisində qol vurulmadı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan derbisində qol vurulmadı - Yenilənib

İdman

08 Fevral 2020 18:50 1039


Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

“Yeni Sabah” xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.

Günün ilk qarşılaşmasında "Sumqayıt" "Zirə"ni qəbul edib. Qonaqların 9 nəfərlə tamamladığı matç "Sumqayıt"ın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Pepperoni pizza

Turun son oyununda isə lider "Qarabağ" evdə "Neftçi" ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Ağdam klubu hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi” isə ondan 8 xal geri qalaraq, 27 xalla 2-ci yerdədir. 

8 fevral

17:30. “Sumqayıt” – “Zirə” - 2:1 

Qollar: Elvin Cəfərquliyev, 13, Xəyal Nəcəfov, 66 - Ağabala Ramazanov, 35 

Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov

“Kapital Bank Arena”

20:00. “Qarabağ” – “Neftçi” - 0:0 

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov

Tofiq Bəhramov adına Respublika stadionu

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!