Bu gün Azərbaycan klubları səfərdə cavab matçına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Azərbaycan klubları səfərdə cavab matçına çıxacaq

İdman

17 Avqust 2023 08:13 785


Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Sabah” növbəti matçlarına çıxacaqlar.

Hər iki komanda rəqibi ilə səfərdə üz-üzə gələcək. “Neftçi” Türkiyədə “Beşiktaş”ın qonağı olacaq. Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “ağ-qaralar”ın İstanbulda bunun əvəzini çıxmaq şansı o qədər də yüksək deyil. pizza

“Sabah” isə öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşacaq. Murad Musayevin kollektivi avrokuboklardakı debüt mövsümündə daha bir mərhələ adlamağa yaxındır.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

22:00. “Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan)

Baş hakim: Yulian Veynberger (Avstriya)

“Beşiktaş” stadionu, İstanbul

İlk oyun - 3:1

23:00. “Parizan” (Serbiya) - “Sabah” (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski (Polşa)

“Partizan” stadionu, Belqrad

İlk oyun - 0:2.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!