Bu gün bu istiqamətdə avtobuslar pulsuz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün bu istiqamətdə avtobuslar pulsuz olacaq

Sosial

06 İyun 2025 11:38 713


Bu gün “Sea Breeze”də baş tutacaq “Yay musiqi mövsümü”nün açılışında iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə xüsusi avtobuslar ayrılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, ziyarətçilərin saat 17:00-dan 20:00-dək metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən (“Atletlər kəndi”) “Sea Breeze”ə, saat 22:30-dan 00:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək. Dominos pizza

“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!