Bu gün Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşəcək

İdman

13 Aprel 2022 09:37 450


Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçiriləcək. İlk matçda 3:1 hesablı qələbə qazanan "Liverpul" "Benfika" ilə bu dəfə İngiltərədə qarşılaşacaq. "Mançester Siti" isə ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi "Atletiko" ilə səfərdə üz-üzə gələcək. 

Qeyd edək ki, yarımfinalda "Liverpul" - "Benfika" cütünün qalibi "Vilyarreal" ilə, "Atletiko" (Madrid) - "Mançester Siti" görüşünün güclüsü isə "Real" ilə qarşılaşacaq. pizza hut

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun - 3:1

23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun - 0:1

12 aprel

23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3 (ilk oyun - 3:1)

23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1 (İlk görüş - 0:1)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!