Bu gün də imtahan var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün də imtahan var

Sosial

18 İyun 2020 07:44 676


Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

2019/2020-ci tədris ili üçün aşağıdakı kateqoriyalar üzrə buraxılış imtahanları keçiriləcək: Sezar pizza

1. Tam orta təhsil səviyyəsi üzrə (11 illik) - Bakı şəhərinin Qaradağ rayonu, Lənkəran şəhəri, Ağdam, Beyləqan, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz rayonları.

2. Ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) - Sumqayıt şəhəri, Ağdaş, Göyçay, Qobustan, Qax, Xaçmaz, Zaqatala rayonları.

3. Əvvəlki illərin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə - Bakı şəhərinin Xətai rayonu.

İmtahanlarda 24312 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!