Bu gün düşünülən 100 il sonranın gündəmi...

saytların hazırlanması

Evə çatdırılma

Bu gün düşünülən 100 il sonranın gündəmi...

Siyasət

07 Oktyabr 2025 11:25 493


“Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən zirvə toplantısında əsas gündəm mövzularından biri Vaşinqton anlaşması – Zəngəzur dəhlizi olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə politoloq Asif Nərimanlı çıxış edib.

O, qeyd edib ki, bunu şərtləndirən iki amil var: Dördpendirli pizza

Birincisi, Bakı və İrəvanın sülh sazişini paraflaması ilə Cənubi Qafqazda yeni mərhələyə start verilir və Əliyev müttəfiqləri ilə bu dövrün reallıqlarını müzakirə etməli, TDT çərçivəsində “saatlar yoxlanılmalıdır”;

İkincisi, Zəngəzur dəhlizinin açılması perspektivi – bu, ABŞ-ın nəzarət edəcəyi TRİPP çərçivəsində olsa belə - türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracaq:

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə məhz Naxçıvanda təsis edilməsindəki hədəflərdən biri bu idi, Əliyev isə 10 il sonra – Türk Şurasının (TDT-nin əvvəlki adı) 2019-cu ildə keçirilən Bakı zirvəsində “Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq, Ermənistana verilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı” sözləri ilə bu hədəfi açıq şəkildə elan etdi; 2020-ci il müharibəsi və postmünaqişə dövrünün diplomatik mübarizəsinin sonunda Zəngəzur dəhlizinin reallaşması – türk coğrafiyasının coğrafi parçalanmasına son qoyulması hədəfinə doğru böyük məsafə qət edilib, bu baxımdan, Qəbələ zirvəsinin gündəmi 100 il sonra tarixin axarının dəyişməsi/dəyişə biləcəyi fonunda xüsusilə aktualdır;

Coğrafi parçalanmanın aradan qalxması perspektivində imkanlardan doğru yararlanmaq üçün TDT hadisələrin gedişinə uyğun davranmaqdan daha çox, proseslərin inkişafına yön verməlidir:

- Zəngəzur dəhlizinin açılması ilə türk dünyasında əldə olunacaq coğrafi bütövlükdə səflər sıxlaşdırılmalı, inteqrasiya dərinləşməlidir;

- Coğrafi bütövlükdən Orta dəhlizin aktuallığının artırılmasında istifadə edilməli və bu marşrut xətti üzərində siyasi, iqtisadi, hətta hərbi balansın tərs yöndə dəyişməsinə imkan verilməməlidir;

Liderlərin Qəbələ zirvəsinin pərdəarxası müzakirəsində bu istiqamətlər strateji əhəmiyyətə malikdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!