Bu gün general-leytenant olan hərbçilər kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Bu gün general-leytenant olan hərbçilər kimdir?

Maraqlı

17 Avqust 2022 17:56 2220


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verilib.

Yenisabah.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, general-leytenant rütbəsinə yüksələn Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır.

O, Vətən müharibəsinin komandanlarından biri olub. “Vətənə xidmətə görə” ordeninin tam kavaleri ilə təltif edilib. Sezar pizza

Digər general-leytenant rütbəsi alan Müzəffər Pirizadə isə DSX Sahil Mühafizəsinin rəisidir. O, daha əvvəl Qazax əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsini tutub.

Ali Baş Komandan tərəfindən general-leytenant rütbəsinə layiq görülən Elçin İbrahimov isə DSX-nin Aparat rəhbəridir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!