Bu gün HAVA DƏYİŞƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Bu gün HAVA DƏYİŞƏCƏK

Sosial

04 Avqust 2025 09:35 20018


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək. pizza hut

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!