Bu gün ilin ilk Ay tutulması baş verəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün ilin ilk Ay tutulması baş verəcək

Sosial

10 Yanvar 2020 06:57 1100


2020-ci ilin ilk Ay tutulması hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə qeydə alınacaq. Tutulma yarımkölgəli olduğundan onu adi gözlə görmək çətin olacaq.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Yeni Sabah”a verilən məlumata görə, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlanacaq və saat 01:12-də başa çatacaq. Ay tutulması saat 23:11-də maksimum səviyyədə olacaq və onu Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Təbiət hadisəsi Azərbaycanda da müşahidə ediləcək. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!