Bu gün İrəvana gedəcək missiya ilə bağlı qərar verilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu gün İrəvana gedəcək missiya ilə bağlı qərar verilə bilər

Rəsmi

11 Oktyabr 2022 14:32 1048


“Ehtimal olunur ki, Avropa İttifaqına üzv ölkələrin səfirləri oktyabrın 11-də Brüsseldə etimadı gücləndirmək və delimitasiyanı təşviq etmək məqsədilə Ermənistana göndəriləcək və Azərbaycanla sərhəddə yerləşməli olan mülki missiyanı müzakirə edib qərar qəbul edəcəklər".

Yenisabah.az “Azatutyun”a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa Parlamentinin müdafiə komitəsində məlumat verib.

“Missiya göndərilməsi barədə qərar hələ də Siyasi və Təhlükəsizlik Komissiyasında üzv dövlətlər tərəfindən qəbul edilməlidir. Birliyə üzv dövlətlərin, eləcə də Avropa Parlamentinin hərtərəfli dəstəyi Avropa İttifaqının sülhsevər səylərinin reallaşması üçün son dərəcə vacibdir”, - deyə Klaar vurğulayıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!