Bu gün İstanbulda “Qarabağ” “Makkabi”ylə qarşı-qarşıya gələcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün İstanbulda “Qarabağ” “Makkabi”ylə qarşı-qarşıya gələcək

İdman

03 Dekabr 2020 10:50 1056


Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Yenisabah.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gələcək.

Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edəcək. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparacaq. pizza sifarişi

Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər görüşündə “Vilyarreal”la “Sivasspor” üz-üzə gələcək.

Avropa Liqası

İ qrupu

3 dekabr

21:55. “Qarabağ” - “Makkabi”

Baş hakim: Robert Hennessi (İrlandiya).

İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

Vilyarreal – 10, Makkabi – 7, Sivasspor – 6, Qarabağ – 0.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!