“Bu gün mahnı deyil, dua oxunmalıdır“ - Xalq artistindən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Bu gün mahnı deyil, dua oxunmalıdır“ - Xalq artistindən etiraz

Mədəniyyət

01 Dekabr 2021 16:13 1730


“Rusiyada qəza olanda onlar üçün 3 gün matəm saxladılar. Hətta onlara Azərbaycanda da yas tutuldu. Amma dünəndən televiziyalarımız çal-çağıra ara vermir. Çox mənasız olmuşuq ki. Say-seçmə övladlarımız şəhid olub, faciə ilə üz-üzə qalmışıq, etdiyimiz şeyə baxın. Mənasız, mahiyyətsiz, mənəviyyatsız televiziyalar sinəsi, baldırı açıq qızları çıxardıb oynadırlar. Burda dəfn gedir, orda da, çalıb oynayırlar, özü də hamısı da, yarıçılpaq iyrənc səslə əttökən mahnılar oxuyurlar".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Səmətkar helikopter qəzasının qurbanları üçün matəm saxlanılmasının vacib olduğunu bildirib:

"Dünya görməlidir ki, biz ölümüzə-dirimizə nə cür münasibət bəsləyirik. Bu gün böyük faciə günüdür, çalıb oynama günü deyil! Onsuz da hər gün televiziyalarda çalıb oynuyurlar da, bir gün etməsələr öləcəklər? Öz adımdan, ərkim keçən ziyalılarımız adından ölənlərin bütün yaxınlarına qəlb ağrısı ilə baş sağlığı verirəm. Bu gün mahnı deyil, dua oxunmalıdır. Çox narahat edici haldır, təəssüflənirəm.” Marqarita pizza

Ayzel 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!