Bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Dünya

10 Dekabr 2020 11:23 760


Dekabrın 10-da Özbəkistanın sədrliyi ilə videokonfrans formatında MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun moderatorluğu ilə keçiriləcək iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və digər ölkələrin xarici işlər nazirləri və MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev iştirak edəcək.

İclasda MDB çərçivəsində əldə olunan nəticələr, yeni qarşılıqlı fəaliyyət prioritetləri müzakirə olunacaq, beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq, MDB Dövlət Başçıları Şurasının növbəti yığıncağında imzalanacaq sənədlərin layihəsi müzakirə ediləcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!