Bu gün Milli Məclisdə 19 məsələyə baxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Milli Məclisdə 19 məsələyə baxılacaq

Siyasət

23 Aprel 2019 15:18 897


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, deputatlar iclasın əvvəlində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsini müzakirə edəcəklər.

Daha sonra Mülki, İnzibati Xətalar və Su məcəllələrinə, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və digər qanunlara dəyişikliklər müzakirə olunacaq. Dominos pizza

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!