Bu gün Milli Məclisin iclası olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Milli Məclisin iclası olacaq

Siyasət

17 Aprel 2020 08:45 759


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın əvvəlində "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" dinləniləcək.

İclasda, həmçinin "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanuna, "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məsəlləsinə, Miqrasiya Məcəlləsinə və digər qanunlara dəyişikliklər müzakirə ediləcək. pizza mizza

Ümumilkdə iclasın gündəliyinə 24 məsələ daxildir. / Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!