Bu gün Milli Məclisin iclası var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Milli Məclisin iclası var

Siyasət

30 Mart 2020 08:04 543


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclada "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-nə dək müddətli həqiqi hərbi xidmətə çağırışı" haqqında qanun layihəsi, "Tibbi sığorta haqqında" qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında qanuna dəyişiklik və digər məsələlər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 16 məsələ daxildir. pizza

Qeyd edək ki, Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

Bugünkü plenar iclas zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb. Həmçinin yaşı 65-dən yuxarı olan millət vəkilləri iclasda iştirak etməyəcək.

Bununla yanaşı, Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilib, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub.

Milli Məclisdə idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir. / Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!