Bu gün Milli Məclisin iclası var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Milli Məclisin iclası var

Siyasət

24 Aprel 2020 08:53 498


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi müzakirə olunacaq.  Həmçinin “Torpaq icarəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ovçuluq haqqında”, “Elm haqqında”, “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara, o cümlədən Mülki Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, sində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanunlara dəyişiklik ediləcək, Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi müzakirə ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!