Bu gün Milli Məclisin iclası var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Milli Məclisin iclası var

Siyasət

08 May 2020 08:11 572


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxildir. Deputatlar "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi, "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" qanun layihəsi, eləcə də "Sosial sığorta haqqında" qanuna, Vergi Məcəlləsinə, "Hərbi qulluqçuların statusu haqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında" və "Elm haqqında" qanunlara dəyişikliklər və digər məsələləri müzakirə edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!