Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda keçiriləcək tədbirə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Eyni zamanda, C liqasında yer alan millimizin rəqibləri də müəyyənləşəcək. Hələlik baş məşqçisi olmayan komandanın potensial rəqibləri Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva və Lüksemburqdur. Yığmamız C Liqasının 4-cü səbətində yer aldığı üçün Ermənistan, Qazaxıstan və Moldovaya rəqib olmayacaq.
Xatırladaq ki Millətlər Liqasının qalibi A Liqasında birinci yeri tutan 4 komanda arasında 2021-ci il 2-6 iyun tarixlərində təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, turnirin ilk qalibi isə Portuqaliya millisi olub.
A Liqası
1-ci səbət: Portuqaliya (2018/2019 mövsümünün qalibi), Niderland, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya
B Liqası
1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya
2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya
C Liqası
1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq
4-cü səbət: Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova
D Liqası
1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn
2-ci səbət: Andorra, Malta, San-Marino.
Millətlər Liqasının qrup oyunlarının təqvim isə aşağıdakı kimidir:
I tur: 1 - 3 sentyabr
II tur: 6 - 8 sentyabr
III tur: 8 - 10 oktyabr
IV tur: 11 - 13 oktyabr
V tur: 12 - 14 noyabr
VI tur: 15 - 17 noyabr Telegram kanalımız