Bu gün Müstəqillik Günüdür

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Müstəqillik Günüdür

Siyasət

28 May 2026 00:02 106


Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.

"Yeni Sabah" xəbər verir ki, 106 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Toyuqlu pizza

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib.

1991-ci ildən 28 May tarixi Respublika Günü dövlət bayramı kimi qeyd edilib. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib və həmin gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, ilk dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!