Sü Yao Çində texnologiya milyarderi Lin Qini zəhərləyərək öldürdüyünə görə edam edilib.
"Yeni Sabah" qafqazinfo-ya istinadən xəbər verir ki, Lin Qi 2020-ci ildə biznes mübahisəsi fonunda zəhərlənib və bir müddət sonra 39 yaşında həyatını itirib.
O, "Yoozoo Games" şirkətinin qurucusu və Çinin tanınmış texnologiya sahibkarlarından biri idi. Sezar pizza
Araşdırma zamanı müəyyən olunub ki, Sü Yao şirkətin törəmə qurumlarından birinə rəhbərlik edib və rəhbərliklə yaranan fikir ayrılığından sonra Lin Qinin yeməyinə zəhərli maddə əlavə edib.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən milyarder 25 dekabr 2020-ci ildə vəfat edib. Sü Yao isə qısa müddət sonra saxlanılıb və 2024-cü ildə ölüm cəzasına məhkum olunub.
Qeyd olunur ki, Lin Qinin sərvəti təxminən 1,3 milyard dollar qiymətləndirilirdi.
Onun qurduğu "Yoozoo Games" şirkəti məşhur Çin elmi-fantastika əsəri "3 Bədən Problemi"nin ekranlaşdırma hüquqlarına sahib idi. Daha sonra əsər "Netflix" tərəfindən serial formatında təqdim olunaraq böyük marağa səbəb olmuşdu.
Telegram kanalımız