Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri məlum olub.
“Yeni Sabah” xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçilib.
Nəticələr elan olunandan sonra Ə.İ.Cabbarov tribunaya qalxıb və deyib: “Biz vətənimizin və kinomuzun xidmətindəyik. Bu xidmətdə bizə heç kim mane ola bilməz və mane olmayacaq da”. pizza sifarişi
Bununla da təşkilatın qurultayı başa çatıb.
Qeyd edək ki, sədr postu uğrunda Xalq artisti Şəfiqə Məmmədova və ittifaqın katibi, rejissor Əli İsa Cabbarov mübarizə aparırdı.
Əsmətxanım Rzazadə

Telegram kanalımız