“Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Sosial

26 May 2026 20:55 368


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. 

"Yeni Sabah" xəbər verir ki, bu barərə qurum məlumat yayıb.

"Azəriqaz"ın Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27-31 mayda saat 10:00-dan 17:00-a qədər Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələrinin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər. Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar. 30 mayda "ASAN Kommunal", 30-31 mayda isə "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək. "Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər", - deyə İstehsalat Birliyi bəyan edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!