Azərbaycanda dəhşətli qəza: iki gənc həyatını itirdi -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli qəza: iki gənc həyatını itirdi - YENİLƏNDİ

Hadisə

26 May 2026 11:47 1355


Mayın 26-da saat 03:20 radələrində Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə “Yeni Sabah”a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, 2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Toyuqlu pizza

Qeyd olunub ki, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

09:07

Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.

BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər.

Avtomobildə olan daha iki sərnişin - 2005-ci il təvəllüdlü İsmayıl Baxışov və 2006-cı il təvəllüdlü Şahvələd Şəfaqətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!