Azərbaycan və Pakistanın XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Pakistanın XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Siyasət

26 May 2026 22:39 319


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. pizza mizza

Tərəflər siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edərək, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüş zamanı, ölkəmizin Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) uğurlu evsahibliyi, yüksək səviyyəli Pakistan nümayəndə heyətinin iştirakı məmnunluqla qeyd olunub.

Qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan–Pakistan münasibətlərinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyi vurğulanıb, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Görüş zamanı regional təhlükəsizlik, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!