Qadınların pensiya yaşı ilə bağlı YENİ TƏKLİF -   Dəyişiklik gündəmdə

saytların hazırlanması

Evə çatdırılma

Qadınların pensiya yaşı ilə bağlı YENİ TƏKLİF - Dəyişiklik gündəmdə

Sosial

26 May 2026 12:41 2259


“Son dövrlərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqinin azalması istiqamətində qadınların xeyrinə mühüm dəyişikliklər edilir. Əgər əvvəlki illərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 faiz təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67 faizinə çatıb. Hesab edirəm ki, bu, müsbət tendensiyadır”.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin yaz sessiyasının mayın 26-da keçirilən plenar iclasında deyib.

O bildirib ki, təhsil, səhiyyə və dövlət idarəetməsi sahələrində qadınların maaşı kişilərin maaşının 86-89 faizini təşkil edir: pizza

“Lakin bəzi sahələrdə fərq hələ də qalmaqdadır. Məsələn, tikinti sahəsində qadınların əmək haqqı kişilərin əmək haqqının 52 faizini, maliyyə sektorunda isə 56 faizini təşkil edir. Bu göstəricilər beynəlxalq praktikadan aşağıdır. Bunun obyektiv səbəbləri olsa da, məsələni yalnız obyektiv amillərlə məhdudlaşdırmaq olmaz. Qadın əməyinin dəyərləndirilməsi təkcə hüquqi və iqtisadi məsələ deyil. Bu, həm qadının, həm ailənin, həm də uşaqların rifahı və ümumi inkişaf kontekstində qiymətləndirilməlidir. Bu baxımdan qəbul olunan hökumət proqramlarının müsbət tərəflərini yüksək qiymətləndirirəm. İşgüzar mühitlə əməkdaşlıq, əmək bazarında stimullaşdırma və qadınların əmək haqqının kişilərin əmək haqqına yaxınlaşdırılması istiqamətində mühüm addımlar atılır. Digər məsələ isə Azərbaycanda qadınların pensiya yaşının 65 yaşa çatdırılmasıdır. Qadınların əmək bazarında iştirakı müəyyən fərqlərlə müşahidə olunur. Buna görə də qadınların erkən pensiyaya çıxması ilə bağlı məsələlərin gələcəkdə daha da aktuallaşacağı gözlənilir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!