Azərbaycanda adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq

İqtisadiyyat

26 May 2026 17:27 539


2030-cu ilə qədər Azərbaycanda adambaşına düşən sığorta haqqının 220 manata çatdırılması nəzərdə tutulur.

"Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, 2025-ci ildə bu rəqəm 147 manat olub. pizza sifarişi

Bundan başqa, proqramda deyilir ki, yaxın 4 ildə unikal sığorta müqaviləsi sahiblərinin ümumi sayının (həyat və qeyri-həyat üzrə) yetkin əhalinin sayında payının 25 %-dən 32 %-ə çatdırılması hədəflənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!