Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Siyasət

26 May 2026 19:26 426


Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçıları müqəddəs Qurban bayramı münasibətilə bir-birlərinə təbriklərini çatdırıb, Azərbaycan və İran xalqlarına firavanlıq və ruzi-bərəkət arzulayıblar.

İran İslam Respublikasının Prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib. pizza sifarişi

Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.

Telefon söhbəti zamanı ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!