Kvorum yoxdur: Qurultayda problem yarandı

saytların hazırlanması

Evə çatdırılma

Kvorum yoxdur: Qurultayda problem yarandı

Mədəniyyət

26 May 2026 15:04 2266


Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi ilə bağlı keçirilən qurultay başlayıb.

“Yeni Sabah” xəbər verir ki, tədbirin gündəliyinə 4 məsələ daxil edilib. Hazırda qurultayda ilk mövzu müzakirə olunur.

İttifaqın katibi, rejissor Əli İsa Cabbarov çıxış edərək son 1 il ərzində görülən işlər barədə hesabat təqdim edir. Toyuqlu pizza

Qeyd edək ki, qurultayın gündəliyində yer alan üçüncü məsələ AKİ-yə sədr seçkisidir. Sədr postu uğrunda hazırda qurumun sədr səlahiyyətlərini icra edən Xalq artisti Şəfiqə Məmmədova və Əli İsa Cabbarov namizəddirlər.

O bildirib ki, il ərzində 20-dən artıq şəxsə ümumilikdə 50 min manatdan çox sosial yardım göstərilib. Yardımlar əsasən səhhətində problem olan və maddi vəziyyəti ağır olan sənət adamlarına edilib.

Ə. Cabbarov qurultayda kvorum məsələsi ilə bağlı hüquqi problem yarandığını qeyd edib:

“Əgər kvorum məsələsinin hüquqi tərəfini həll edə bilməsək, səsvermə keçirilməyəcək. 27 nəfər imza atıb, onlardan 10 nəfər sonradan geri çəkilib”.

Qeyd edək ki, qurultayın əsas gündəm mövzusu AKİ sədrinin seçkisidir. Sədr postu uğrunda Şəfiqə Məmmədova və Əli İsa Cabbarov namizədliyini irəli sürüb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!