Azərbaycanda yağan güclü leysan zamanı qeydə alınan görüntülər diqqət mərkəzinə düşüb.
"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər Zərdab rayonunda çəkilib.
Belə ki, yağış suları küçələri və xəndəkləri basarkən, bir küçə iti su keçidi üçün nəzərdə tutulan borunun içərisində balalayıb. Güclü sel suları borunu doldurduğu üçün balalar boğulma təhlükəsi ilə üzləşib. Ana it bütün gücü ilə bəzi balalarını xilas etməyə çalışsa da, hamısını çıxarmağa gücü çatmayıb. pizza sifarişi
Hadisəyə biganə qalmayan bir qrup rayon sakini balaları xilas etməyə çalışıb. Elgiz adlı gəncin göstərdiyi xüsusi səy və fədakarlıq nəticəsində balalar seldən xilas edilib.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız