Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər

Dünya

25 May 2026 20:40 215


Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının xarici dövlətlərin məhkəmələri tərəfindən həbsi, cinayət təqibi və digər təzyiqlərə məruz qalması hallarında onların müdafiəsi məqsədilə Rusiya ordusundan istifadə edilməsinə icazə verən qanunu imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənədə əsasən, ölkə başçısı Rusiyanın iştirakı olmadan fəaliyyət göstərən xarici və beynəlxalq məhkəmələrin təqiblərindən rusiyalıları qorumaq üçün Rusiya Silahlı Qüvvələrinin bölmələrini göndərə biləcək. Dördpendirli pizza

Bundan əlavə, qanunda qeyd olunur ki, Rusiya prezidentinin qərarı ilə dövlət orqanları da digər ölkələrin məhkəmələri tərəfindən Rusiya vətəndaşlarının həbsi, cinayət təqibi və digər təzyiqlərə məruz qalması hallarında onların müdafiəsi üçün tədbirlər görəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!