Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik etdi

Siyasət

25 May 2026 19:49 146


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. pizza sifarişi

Sizi və bütün həmvətənlərinizi Müstəqillik Günü münasibətilə Qazaxıstan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan suveren inkişafı illərində dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafda və dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb.

Şübhəsiz ki, Sizin güclü və müdrik rəhbərliyinizlə qardaş Azərbaycan xalqı davamlı iqtisadi artımın təmin edilməsində və regional güc kimi potensialının möhkəmləndirilməsində yüksək məqsədlərə uğurla nail olacaq.

Qazax xalqı əbədi dostluq və qarşılıqlı hörmət strategiyasına daim sadiq qalır və onu dəstəkləyir, Azərbaycanın nailiyyətlərinə səmimi-qəlbdən sevinir.

Biz strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin gələcəkdə də inkişafına müstəsna əhəmiyyət veririk.

Əminəm ki, yüksək səviyyədə fəal və etimada əsaslanan siyasi dialoq Qazaxıstan-Azərbaycan çoxtərəfli əməkdaşlığının xalqlarımızın əsas maraqları naminə yeni zirvələrə yüksəlməsinə bundan sonra da kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!