6 il sonra Bakıdan Tiflisə ilk sərnişin qatarı yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

6 il sonra Bakıdan Tiflisə ilk sərnişin qatarı yola düşdü

Siyasət

25 May 2026 23:30 136


Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb.

"Yeni Sabah" Teleqraf-a istinadən xəbər verir ki, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.

Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir. Dominos pizza

Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Bakı–Tiflis–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!