Bir sıra şəhər və rayonlarda   İŞIQ OLMAYACAQ

saytların hazırlanması

Evə çatdırılma

Bir sıra şəhər və rayonlarda İŞIQ OLMAYACAQ

Sosial

25 May 2026 22:40 151


Naxçıvan Muxtar Respublikanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq.

"Yeni Sabah" xəbər verir ki, aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad, S.Vurğun, Şəhriyar küçələrində, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bu səbəbdən mayın 26-ı saat 02:00-dan 04:00-dək həmin ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq. Dördpendirli pizza

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!