Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı - FOTOLAR

Hadisə

26 May 2026 00:48 194


Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda qəza baş verib.

"Yeni Sabah" AZƏRTAC-a istinadən xəbər verir ki, yolun Şabran rayonu ərazisindən keçən hissəsində "Toyota" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində beton arakəsməyə çırpılıb və aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü olan qadın və onun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Toyuqlu pizza

İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!