Bu gün Naxçıvana yeni rəhbər seçiləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Naxçıvana yeni rəhbər seçiləcək

Siyasət

24 Fevral 2020 08:45 2328


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hazırkı sədri Vasif Talıbov AM–in parlament seçkilərindən sonra ilk iclasının keçirilməsi haqda qərar imzalayıb. "Yeni Sabah" xəbər verir ki, qərara görə, bu gün Naxçıvan Ali Məclisinin yeni tərkibdə ilk iclası keçiriləcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi 2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi 3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi 4. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!