Bu gün “Neftçi” - “Qarabağ” oyunu var  

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Neftçi” - “Qarabağ” oyunu var  

İdman

03 Mart 2024 10:06 978


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq. 

Yenisabah.az-ın məlumatına görə, son olaraq iki oyun gerçəkləşəcək. 

Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb. Marqarita pizza

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Ağ-qaralar" 36 xalla ikinci sırada yer alıb, "köhlən atlar" 57 xalla liderdir.

Azərbaycan Premyer Liqası

XXV tur

16:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”

Qeyd edək ki, daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!