Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

saytların hazırlanması

Evə çatdırılma

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Siyasət

16 Sentyabr 2024 10:40 376


Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. 

Lent.az-ın xəbərinə görə, iclasda Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılacaq. 

Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.  Sezar pizza

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!